İtaliya A Seriyasında 17-ci turun matçları oynanılır.
King.Az xəbər verir ki, səfərdə "Piza"nın qonağı olan "Yuventus" autsayderin müqavimətini qırmaqda çətinlik çəkib.
Matçda hesab yalnız ikinci hissənin ortalarında açılıb. Qonaqlardan Pyer Kalulu 73-cü dəqiqədə topu meydan sahiblərinin qapısına göndərib. 90+2-ci dəqiqdə Kenan Yıldız fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib - 0:2.
Bu qələbədən sonra "qoca sinyora" 32 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. "Piza" isə 11 xalla 19-cudur.