Qış transfer pəncərəsində heyətini gücləndirməyə çalışan "Napoli" klubu "Bavariya"nın 30 yaşlı yarımmüdafiəçisi Leon Qoretskanı transfer etmək istəyir.
King.Az xəbər verir ki, Qoretskanın müqaviləsi 2026-cı ilin yayında başa çatsa da, "Bavariya"nın onu qış transfer pəncərəsində satmaq ehtimalı azdır.
Buna görə də "Napoli" Qoretska ilə yanaşı Kobbi Maina ("Mançester Yunayted"), Lorenso Pelleqrini ("Roma") və Sunquta Maqassa ("Vest Hem") ilə də maraqlanır.
Qeyd edək ki, altı dəfə Almaniya çempionu olan Qoretska 2018-ci ilin yayından "Bavariya"nın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 287 oyun keçirib, 46 qol vurub və 48 məhsuldar ötürmə edib.
Oxşar Mövzular

Gündəlik Bürclər-(30.03.2026)
30-03-2026, 00:00Baydenin oğlunun evi külə döndü
10-01-2025, 22:20"Qalatasaray" klubunun sabiq hücumçusu karyerasını başa vurub
11-11-2024, 13:37