İtaliya Superkubokunda ikinci finalçı bəlli olub.
King.Az xəbər verir ki, Ər-Riyadda keçirilən turnirin ikinci yarımfinalında "İnter" yarışın debütantı "Bolonya" ilə üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitdiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burda daha dəqiq olan "Bolonya" (3:2) yarışın finalına vəsiqə qazanıb.
Qeyd edək ki, İtaliya Superkuboku uğrunda mübarizəyə dörd komanda qoşulub: A Seriyasının hazırkı çempionu "Napoli", ikinci yeri tutan "İnter", İtaliya Kubokunun qalibi "Bolonya" və turnirin finalçısı "Milan". İlk yarımfinal matçında "Napoli" "Milan"ı 2-0 hesabı ilə məğlub edib.
Həlledici görüş dekabrın 22-də "Bolonya" və "Napoli" arasında keçiriləcək.
Xatırladaq ki, 2024-cü ildə "Milan" finalda "İnter"i 3:2 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb.
Oxşar Mövzular
Fermerlərin NƏZƏRİNƏ: Yeni subsidiyalar veriləcək
12-01-2025, 14:23Alican & Miro - Utanmaz 2024 (Official Music Video)
1-11-2024, 15:01Gündüz qısaca yatmağın FAYDALARI
18-11-2024, 15:18