"Qurban Qurbanova hər hansısa klubdan rəsmi təklif olmayıb".
Bu barədə King.Az-a açıqlamasında "Qarabağ" klubunun Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
O, sosial mediada "Spartak Moskva" (Rusiya) və "Benfika" (Portuqaliya) klublarının Qurban Qurbanovu baş məşqçi postuna əsas namizəd kimi nəzərdən keçirmələri barədə xəbərlərə münasibət bildirib:
"Qarabağ" klubu bu gün Misli Premyer Liqasında keçiriləcək "Sumqayıt"a və dörd gün sonra UEFA Çempionlar Liqasında "Napoli"yə qarşı keçiriləcək oyunlara hazırlaşır. Heç bir klubdan Qurban Qurbanova rəsmi təklif olmayıb".
Qeyd edək ki, son zamanlar mediada yayılan məlumatlara görə, baş məşqçi problemi ilə qarşılaşan "Spartak Moskva" və "Benfika" klubları baş məşqçi postuna əsas namizəd kimi Qurban Qurbanovu nəzərdən keçirirlər.
Oxşar Mövzular
Vaşinqtonda miqrant həbsləri 10 dəfədən çox artıb
24-08-2025, 14:47
KİV: Venesuela Aleks Saabı ABŞ-yə verməyə hazırlaşır
14-03-2026, 16:56UEFA Konfrans Liqas: III təsnifat mərhələsinə start verilir
5-08-2025, 12:25