Məşhur insayder Fabritsio Romano son günlər Türkiyə mətbuatında geniş yayılan Lionel Messinin "Qalatasaray"a transfer məsələsinə aydınlıq gətirib.
King.Az xəbər verir ki, insayder bu barədə "YouTube" kanalında açıqlama verib.
O bildirib ki, son günlər Türkiyədən yayılan xəbərlərə görə ona çoxlu sual ünvanlanıb:
"İddialara görə, "Qalatasaray" klubu Lionel Messini qısa müddətə icarəyə götürmək istəyir. Bu, sadəcə mediada dolaşan bir hekayədir - ciddi bir xəbər və ya real danışıqlar mövzusu deyil. Messi tamamilə "İnter Mayami" klubuna fokuslanıb. O, başqa kluba keçməyi və ya hər hansı yeni addım atmağı düşünmür. Hazırda Messi heç bir klubla danışıqlar aparmır, o cümlədən "Qalatasaray"la da heç bir müzakirə içində deyil".
Oxşar Mövzular
"Lada Aura" avtomobillərinin əyləc sistemində problem yaşanıb
30-12-2024, 13:04Yamal Messi ilə məşhur şəkli barədə ilk dəfə danışdı
17-07-2025, 12:58Baş ağrısı nədən yaranır?
9-10-2024, 15:27