İspaniya millisinin və "Atletik Bilbao" klubunun ulduz futbolçusu Niko Uilyams dünya çempionatının seçmə mərhələsində Türkiyə ilə oyunda zədələnib.
King.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, həkimlər futbolçunun zədəsinin ciddi olduğunu və minimum altı həftə yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.
Qeyd edək ki, "Atletik Bilbao" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Azərbaycan çempionunun Bilbao təmsilçisi ilə oyunu oktyabrın 22-də səfərdə baş tutacaq. Bu oyunda Uilyamsın oynayıb-oynamayacağı sual altındadır.
Oxşar Mövzular
UEFA ÇL: Liqa mərhələsi yekunlaşdı
30-01-2025, 11:12İran hərbi gəmiləri Bakı limanını tərk etdi
18-10-2025, 14:57
Kral III Çarlz Donald Trampa gəmi zəngi hədiyyə etdi
29-04-2026, 13:11