0
Şənbə
Sen 06

Azərbaycan millisinin kapitanı: "Böyükhesablı məğlubiyyətə görə çox utanırıq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Azərbaycan yığmasının futbolçuları İslandiyaya səfər matçında böyükhesablı məğlubiyyətə görə utanc hissi yaşayırlar".

King.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

O bildirib ki, nəticə futbolçuları çox məyus edib:

"Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik".

Qeyd edək ki, İslandiya - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.