Şənbə
Avq 30

"Araz-Naxçıvan" Çempionlar Liqasının ilkin mərhələsində sonuncu matçını keçirəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün sonuncu matçını keçirəcək.

King.Az xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Ljuti Krajişniçi" klubu ilə üz üzə gələcək.

Qarşılaşma Linz şəhərindəki NMS İdman Sarayında, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Görüşü Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna) və Aleksandar Vangelov (Bolqarıstan) idarə edəcəklər.

Qeyd edək ki, əsas mərhələyə ancaq qrup qalibləri vəsiqə qazanacaqlar. Aktivində 6 xal olan hər iki komandanın görüşündə "qırmızı-ağlar"ı heç-heçə də qane edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.