Bazar ertəsi
Avq 18

Böyük hesabla məğlub olan Neymarın komandasında məşqçi İSTEFAYA GÖNDƏRİLDİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Braziliyanın "Santos" klubu baş məşqçisi Kleber Xavyerlə yollarını ayırıb.

King.Az xəbər verir ki, bunu komandanın mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, Braziliya A seriyasının XX turunda evdə "Vasko da Qama"ya 0:6 hesablı uduzan "Santos"un 61 yaşlı məşqçisi istefaya göndərilib. Neymarın da çıxış etdiyi "Santos" 19 oyundan sonra (ehtiyatda bir matçları var) turnir cədvəlində 21 xalla 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, K.Xavyer bu ilin aprelin 29-da komandanın baş məşqçisi təyin olunmuşdu.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.