Çərşənbə
Avq 06

Dopinqə görə futboldan uzaqlaşdırılan oyunçu yeni mövsümün iştirak ərizəsinə daxil edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərə Premyer Liqasının rəsmi saytında dərc olunan məlumata görə, "Çelsi" dopinq səbəbindən futboldan uzaqlaşdırılan Mixail Mudriki 2025/26 mövsümü üçün hazırladığı iştirak ərizəsinə daxil edib.

King.Az xəbər verir ki, qanında meldonium aşkar edilən vaxtdan ukraynalı rəsmi oyunlarda iştirak etməyib.

Daha əvvəl bildirilmişdi ki, "Çelsi" oyunçunun dopinqdə təqsirli bilinəcəyi təqdirdə müqaviləni pozduğuna görə təzminat tələb etmək üçün onu məhkəməyə verə bilər. Premyer Liqanın yeni mövsümünün ilk oyununda "zadəganlar" doğma meydanda "Kristal Pelas"la qarşılaşacaqlar.

Ukraynalı vinger "Çelsi"nin heyətində sonuncu dəfə 2024-cü il noyabrın 10-da Premyer Liqanın 11-ci turunda "Arsenal"la oyunda meydana çıxıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.