Şənbə
İyl 26

PSJ ukraynalı müdafiəçinin transferini bitirmək üzrədir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərənin "Bornmut" və Fransanın PSJ klubları ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnının transferi üçün müəyyən edilmiş məbləğə dair ilkin razılığa gəliblər.

King.Az BBC-yə istinadən xəbər verir ki, müqavilənin baza məbləği təxminən 60 milyon avrodur.

Hazırda klublar 22 yaşlı mərkəz müdafiəçisinin transferi ilə bağlı müqavilənin digər detalları üzrə danışıqları davam etdirirlər. Eyni zamanda, "Bornmut" təkid edir ki, bonuslar daxil olmaqla ümumi transfer haqqı 70 milyon avroya çatsın.

Xatırladaq ki, ukraynalı müdafiəçi "Bornmut"a 2023-cü ilin yanvarında qoşulub. Yenicə başa çatan mövsümdə Zabarnı bütün yarışlarda 39 oyun keçirib, bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun təxmini dəyəri 42 milyon avrodur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.