0
Cümə axşamı
İyl 24

"Real Madrid"də yeni mövsüm: Mbappenin yeni nömrəsi bəlli oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Real Madrid"in hücumçusu Kilian Mbappe nömrəsini dəyişib.

King.Az xəbər verir ki, "Real Madrid"in hücumçusu Kilian Mbappe sosial şəbəkə hesabında yeni mövsümdən "Kral klubu"nda 10 nömrəli formanı geyinəcəyini təsdiqləyib.

Fransalı futbolçu "X" sosial şəbəkə hesabında 10 rəqəminin şəklini paylaşaraq, Madrid klubundakı nömrə dəyişikliyi ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.

Xatırladaq ki, ötən mövsüm Mbappe 9 nömrəli formada çıxış edib. Onun əvvəlki nömrəsi isə yarımmüdafiəçi Luka Modriçə məxsus olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.