Bazar ertəsi
İyl 07

PSJ "Real Madrid"in ulduzu üçün təklif göndərəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

PSJ "Real Madrid"in vingeri Rodriqonu transfer edə bilər.

King.Az xəbər verir ki, bu barədə "ESPN Brazil" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Paris klubu artıq 24 yaşlı braziliyalının agentləri ilə əlaqə saxlayıb, transfer ehtimalına aydınlıq gətirib.

Bir müddət əvvəl mətbuatda "Ən-Nəsr"in futbolçu ilə maraqlandığı, "Real Madrid"in isə digər klublardan gələn transfer təkliflərini nəzərdən keçirməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Rodriqo ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.