Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov Avropa Futbol Assosiasiyaları (UEFA) tərəfindən təyinat alıb.
King.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat Xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində iyulun 10-da keçiriləcək "Torpedo-BelAZ" (Belarus) - "Rabotniçki" (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutacaq.
Oxşar Mövzular
Ronaldu dünya rekordunu yenilədi
9-06-2025, 12:56
KİV: "ABŞ ordusu İrana zərbələr endirməyə hazırdır" - TARİX AÇIQLANDI
19-02-2026, 17:22