Albaniyanın "Partizani" klubu ilə razılığa gələn azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin sənədlərində problem yaranıb.
King.Az "Report"a istinadən bildirir ki, 29 yaşlı hücumçu hazırda yeni komandasının pasport və digər məsələlərlə məşğul olduğunu deyib.
Problem həllini tapdıqdan sonra millinin sabiq üzvü "Partizani" ilə birillik müqavilə bağlayacaq.
Qeyd edək ki, V.İsgəndərli ötən mövsüm Türkiyənin "Boluspor" komandasının heyətində çıxış edib. O, daha əvvəl Albaniyada "Eqnatiya"nın şərəfini qoruyub.
Oxşar Mövzular
