"Fənərbağça"dan ayrılan Edin Ceko "Fiorentina"ya qoşulacaq.
King.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan 39 yaşlı hücumçu azad agent kimi Florensiya təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.
O, ilinə iki milyon avro qazanacaq.
Qeyd edək ki, təcrübəli futbolçu daha öncə İtaliyada altı mövsüm "Roma"nın, iki mövsüm isə "İnter"in formasını geyinib.
Oxşar Mövzular
PSJ-nin slovakiyalı futbolçusu "Qalatasaray"a keçid üçün razılıq verdi
24-12-2024, 15:00