"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Klublararası dünya çempionatında çıxış edəcək. Futbolçu komandanın turnir üçün iştirak ərizəsinə daxil edilib.
King.Az xəbər verir ki, siyahı klubun rəsmi saytında dərc olunub.
Serxio Buskets və Luis Suares də dünya çempionatında çıxış edəcəklər.
Qeyd edək ki, turnir iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək. "İnter Mayami"nin ilk oyunu iyunun 15-də Misirin "Əl-Əhli" komandasına qarşı olacaq. Komanda, həmçinin "Portu" və "Palmeyras"la qarşılaşacaq.
Oxşar Mövzular
Kral III Çarlz və şahzadə Harrinin köməkçiləri gizli görüş keçiriblər
13-07-2025, 12:43Bu gün Premyer Liqada XIV tura yekun vurulacaq
24-11-2024, 18:19