0
Çərşənbə
İyn 11

Kevin De Bruyne rəsmən "Napoli"də

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Kevin De Bruyne "Napoli"yə keçib.

King.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı yarımmüdafiəçi ilə İtaliya klubu arasında müqavilə bağlanıb.

De Bruyne tezliklə tibbi müayinədən keçəcək və transfer rəsmən açıqlanacaq. Onun "Napoli" ilə müqaviləsi 2 illikdir.

Ötən mövsüm belçikalı futbolçu "Mançester Siti" ilə 40 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.