0
Çərşənbə
İyn 11

Özbəkistan millisinin futbolçularına və məşqçilərə avtomobil hədiyyə edildi

HASANLY

Futbol üzrə Özbəkistan milli komandasının bütün futbolçularına və məşqçilər korpusunun üzvlərinə ölkə tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazandıqları üçün avtomobil hədiyyə edilib.

King.Az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Avtomobillər stadiona gətirilərək məşqçilərə və futbolçulara təqdim edilib.

Məlumat üçün əlavə edək ki, Özbəkistan DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində Qətər üzərində qələbədən sonra (3:0) 21 xal toplayaraq A qrupunda birinci yerə yüksəlib. Bu nəticə onların tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də keçiriləcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.