Cümə
İyn 06

"Arsenal"ın keçmiş futbolçusu narkotikə görə dörd il müddətinə azadlıqdan məhrum edilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İngiltərənin "Arsenal" klubunun keçmiş futbolçusu Cey Emmanuel-Tomasa hökm oxunub.

King.Az xəbər verir ki, bu barədə BBC agentliyi məlumat yayıb.

C. Emmanuel-Tomas narkotik maddələri idxal etməyə cəhd etdiyi üçün dörd il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Böyük Britaniya sərhədçiləri 2024-cü ilin sentyabrında onun Banqkokdan özü ilə gətirdiyi iki çamadanda təxminən 60 kiloqram narkotik tapıblar.

Sabiq futbolçu günahını etiraf edib.

Müsadirə edilən yükün dəyəri təxminən 600 min funt sterlinq (1.3 milyon dollar) olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.