İyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"la bağlı bütün detallar açıqlanıb.
King.Az xəbər verir ki, gecədə əsas və ilkin kartın hərəsində 6 olmaqla, ümumilikdə 12 döyüş baş tutacaq.
"Baku Crystall Hall"da keçiriləcək yarışda oktaqona öncə saat 20-dən etibarən ilkin kartın iştirakçıları çıxacaqlar.
Saat 23-də isə əsas kartda mübarizəyə start veriləcək.
Yerli publika önündə 3 azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və bu yaxınlarda UFC ilə müqavilə bağlamış Tofiq Musayev döyüşəcəklər.
21 iyun
"UFC Baku Fight Night"
İlkin kart, döyüşlər axşam saat 20-də başlanacaq.
1) Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa)
2) Yarımorta çəki: Seokhyeon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliot (12-2-0, Uels)
3) Ağır çəki: Hamdi Abdelvahab (6-0-0, Misir) - Muhammed Usman (11-4-0, Nigeriya)
4) Yarımyüngül çəki: Melissa Mullins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya)
5) Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Park Jonq Yun (18-6-0, Cənubi Koreya)
6) Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan)
Əsas kart, döyüşlər saat 23-də başlanacaq və göstərilən ardıcıllıqla keçiriləcək: :
7) Yarımyüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya)
8) Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya)
9) Ağır çəki: Kurtis Blaydes (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya)
10) Yüngül çəki: Tofiq Musayev (debütant, Azərbaycan) - Mıqtıbek Orolbay (13-2-1, Qırğızıstan)
11) Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Bahamondes (17-5-0, Çili)
12) Yarımağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri Junior (14-6-0, ABŞ)
Oxşar Mövzular

Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb
10-03-2025, 22:48
Məsud Pezeşkian Şahin Mustafayevi qəbul edib
14-10-2024, 16:24
Gündəlik Bürclər-(17.10.2024)
17-10-2024, 00:02