Fransalı futbolçu Antuan Qrizman "Atletiko Madrid"lə yeni müqavilə imzalayıb.
King.Az xəbər verir ki, bu barədə İspaniya futbol klubunun rəsmi saytı məlumat yayıb.
34 yaşlı hücumçu ilə müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Qrizman 2014-cü ildən "Atletiko Madrid"in heyətində çıxış edir. O, 2019-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub.
Fransalı hücumçu 442 matçda 197 qol vuraraq klub rekordu müəyyənləşdirib.
Oxşar Mövzular
Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini açıqlayıb
4-07-2025, 15:22
Ramazan ayının 12-ci gününün İmsak, İftar vaxtları və Duaları
1-03-2026, 22:37
