Cümə axşamı
May 29

Minifutbol üzrə dünya çempionatı: Millimiz dörddəbirdə İngiltərə seçməsinə qarşı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bu gün minifutbol üzrə dünya çempionatında dörddəbir final mərhələsinin görüşlərinə start veriləcək.

King.Az xəbər verir ki, Rumıniya ilə 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında qələbə qazanan seçmə komandamız bu mərhələdə İngiltərə millisi ilə üz-üzə gələcək.

1/4 final mərhələsində aşağıdakı cütlüklər yarışacaqlar:

Macarıstan - Mavritaniya;

Monteneqro - Çexiya;

İngiltərə - Azərbaycan;

Bosniya və Herseqovina - Serbiya.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.