İspaniya millisinin hücumçusu Lamin Yamal "Barselona" ilə müqaviləsinin müddətini uzadıb.
Bu barədə King.Az Kataloniya klubunun saytına istinadla xəbər verir.
17 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
Yamal 2024/2025 mövsümündə "Barselona" ilə çempionluq və İspaniya kubokunu qazanıb.
Futbolçu bütün turnirlərdə 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.
Oxşar Mövzular
11 sentyabr terrorundan 24 il ötür
11-09-2025, 15:16Karvaxal uzun müddətə sıradan çıxdı
28-10-2025, 13:38