Beşqat "Qızıl top" mükafatçısı, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun oyunçusu Kriştianu Ronaldu karyerasını "Əl-Hilal"da davam etdirmək variantını nəzərdən keçirir.
King.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Məlumata görə, "Ən-Nəsr" artıq oyunçuya 2025-ci ilin yayında başa çatacaq müqavilənin uzadılmasını təklif edib. Lakin Ronaldu 2025-ci ildə Klublararası Dünya Çempionatında iştirak imkanı səbəbilə "Əl-Hilal"a keçid variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Ronaldu bu mövsüm 25 qolla çempionatın ən yaxşı bombardiri olub.
Oxşar Mövzular
İmsakda necə qidalanmalı? - Gün boyu tox tutacaq QİDALAR
3-03-2025, 00:11