Nigeriya millisinin hücumçusu Viktor Osimhen sosial media hesabından paylaşım edərək "Qalatasaray" azarkeşləri ilə vidalaşıb.
King.Az "SporX"ə istinadən xəbər verir ki, ulduz futbolçu şəxsi "Instagram" profilindən "Qalatasaray" forması və 25-ci çempionluq kuboku ilə şəklini "Kodak Black" qrupunun "Before I Go" (Mən getməzdən əvvəl) adlı musiqisi ilə paylaşıb.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə razılaşan Viktor Osimhen illik 35 milyon avro qazanc əldə edəcək.
Qeyd edək ki, "Əl-Hilal" klubu Viktor Osimheni transfer etmək üçün "Napoli"yə 110 milyon avro ödəməli olacaq.
Oxşar Mövzular
Həkim məsləhəti olmadan antibiotikləri istifadə etmək olar?
11-10-2024, 22:10Mauro İkardi məhkəməyə getməyib
16-11-2024, 16:34Bruynedən Türkiyə nəhənginə müjdəli xəbər
24-02-2025, 16:40