Futbol üzrə Braziliya milli komandası ilə ikiqat dünya çempionu olmuş Ronaldo "Valyadolid"in nəzarət paketini Şimali Amerika investisiya qrupuna satmaq üçün müqavilə imzalayıb.
King.Az xəbər verir ki, bu barədə İspaniya klubunun saytı məlumat yayıb.
Müqavilə İspaniyanın Ali İdman Şurası tərəfindən təsdiqlənməlidir.
"Marca" yazır ki, klub Meksika, ABŞ və İspaniyadan ondan bir çox investorun daxil olduğu "Ignite" fonduna məxsus olacaq. Klubun yeni rəhbəri "Ignite" şirkətinin rəhbəri Qabriel Solares olacaq. Razılaşmanın qiyməti 50 milyon avrodur.
Xatırladaq ki, Ronaldo 2018-ci ildən "Valyadolid"in sahibidir. Cari mövsümün sonunda klub İspaniya çempionatının yüksək divizionunu tərk edəcək.
Oxşar Mövzular
Qlobal istiləşməyə 200 trilyon dollarlıq çarə tapıldı
20-10-2024, 15:48
Karlo Ançelottinin oğlu Fransa klubunun baş məşqçisi olacaq
29-05-2026, 16:35