0
Cümə
May 16

Neymarın "Santos" klubundakı qazancı bəlli oldu

HASANLY

Braziliyanın UOL nəşri Neymarın "Santos"la müqaviləsinin təfərrüatını dərc edib.


King.Az xəbər verir ki, 33 yaşlı futbolçunun Braziliya klubunda ayda 3.3 milyon avro qazandığı bildirilir.


Neymar sponsorlardan və adı yazılmış köynəklərin satışından gəlirin 75%-ni alır. Ona stadionda üç VIP oturacaq ayrılıb. Futbolçuya, ailəsinə və dostlarına təyyarələrdə uçuşlar, eləcə də dəbdəbəli hotellərdə yerləşmə haqqı ödənilir. Ümumilikdə, "Santos" illik büdcəsinin 25%-ni Neymara xərcləyir.


"Santos"un yetirməsi olan Neymar kluba 2025-ci ilin yanvarında qayıdıb. O vaxtdan bəri braziliyalı forvard komandanın heyətində 9 oyun keçirib və 3 qol vurub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.