0
Çərşənbə axşamı
May 06

David Alaba "Real Madrid"dən ayrılacaq

HASANLY

"Real Madrid"in mərkəz müdafiəçisi David Alaba yay transfer pəncərəsində komandadan ayrıla bilər.

King.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, futbolçunun uzunmüddətli zədədən qayıtdıqdan sonra yenidən zədələnməsi klub rəhbərliyini narahat edir.

"Real Madrid" bu yay Alabanın fiziki durumu ilə bağlı narahatlıqlar səbəbindən onunla yollarını ayırmaq qərarına gəlib.

David Alaba bu mövsüm "Los Blankos"da 14 matçda iştirak edib. 32 yaşlı mərkəz müdafiəçisinin klubla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Onun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.