İtaliyanın "İnter" klubunun oyunçusu Lautaro Martines Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə cavab oyununu buraxacaq.
King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı argentinalıda əzələ dartılması aşkarlanıb.
O, komandalar arasında ilk görüşdə (3:3) zədələnib.
Qeyd edək ki, Milanda keçiriləcək cavab oyunu mayın 6-da baş tutacaq.
Oxşar Mövzular
Milli Olimpiya Komitəsinin vəzifəli şəxsi vəfat etdi
8-10-2025, 13:31"Windows 11"dən faydalı funksiya silindi
10-11-2025, 14:14