0
Şənbə
May 03

"Qalatasaray" Qranit Cakanın menecerini razı saldı

HASANLY

Türkiyə nəhəngi "Qalatasaray" klubu "Bayer Leverkuzen"in ulduzu Qranit Cakanın meneceri ilə danışıqları yekunlaşdırıb.

King.Az "Aspor"a istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Belə ki, "Qalatasaray" rəsmiləri "Bayer Leverkuzen"lə 2028-ci ilədək müqaviləsi olan futbolçunu transfer etmək və üçillik müqavilə imzalamaq niyyətindədirlər.

Qeyd edək ki, Qranit Caka bu mövsüm 46 oyunda meydana çıxıb, iki qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.