0
Bazar ertəsi
Apr 21

ABŞ-da Milli Hokkey Liqasının pley-off oyunda kütləvi dava: 10 oyunçu uzaqlaşdırıldı

HASANLY

ABŞ-də "Toronto Meypl Lifs" və "Ottava Senators" komandaları arasında Milli Hokkey Liqasının pley-off seriyasının ilk oyununda qalmaqal yaşanıb. Oyunun son dəqiqəsində oyunçular arasında kütləvi dava baş verib.

King.Az-ın xəbərinə görə, bu barədə Gazeta.ru nəşri məlumat verib.

İnsident üçüncü dövrədə, final fitindən 44 saniyə əvvəl, tabloda "Toronto"nun xeyrinə 6:2 hesabı yazıldığı zaman baş verib. Davaya səbəb iki "Ottava" oyunçusunun "Meypl Lifs" hokkeyçisinə güc tətbiq etməsi olub.

Davanın yekununda 10 nəfər uzaqlaşdırma cəzası alıb - "Toronto"nun hücumçusu Nikolas Robertson və "Ottava"nın hücumçusu Metyu Haymor hərəyə dörd dəqiqə, qalan hər kəs iki dəqiqə müddətinə uzaqlaşdırılıb.

Torontodakı "Skouşabenk-Arena"da keçirilən görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu matç seriyanın birincisi olub, komandalar ikinci oyunu da "Toronto"nun stadionunda keçirəcəklər. Qarşılaşma aprelin 23-də baş tutacaq.

Hazırkı Stenli Kubokunun sahibləri "Florida Panters" komandasıdır. Final seriyasında "Panters" "Edmonton Oylers"i məğlub edib, qarşıdurma maksimum sayda - yeddi matç davam edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.