"Barselona"nın vingeri Lamin Yamal polşalı hücumçu Robert Levandovskini start heyətdə görmək istəmir.
King.Az "El Nacional"a istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçinin polyakla münasibəti yaxşı olsa da, o, Ferran Torreslə oynamağa üstünlük verir.
Daha əvvəl xəbər verildiyi kimi, Pedri və Yamal baş məşqçi Hans-Diter Flikə müraciət edərək, cari mövsümdə daha çox ehtiyatda qalan Torresə əsas heyətdə şans verməsini xahiş ediblər.
Qeyd edək ki, Levandovski bu mövsüm 29 matçda 25 qol vurub və liqanın bombardiridir. Çempionlar Liqasında isə polşalı meydana çıxdığı 10 matçda 9 dəfə fərqlənib.
Oxşar Mövzular
2025-ci il İran və Türkiyənin Mədəniyyət ili elan edildi
19-10-2024, 21:25Əfsanəvi avtomobilə yeni nəfəs verildi
15-12-2024, 11:49