Şənbə
Apr 05

Ali Koçu ələ salan azarkeş bir il müddətinə stadionlardan uzaqlaşdırıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Fənərbağça" - "Qalatasaray" derbisində üzərinə "Ali Koç" yazılan forma geyinən azarkeş Türkiyə Futbol Federasiyası tərəfindən bir il müddətinə stadionlardan kənarlaşdırılıb.

King.Az xəbər verir ki, "Fənərbağça"nın prezidenti Ali Koçun adını formasına yazan azarkeşə bundan əlavə altı min Türkiyə lirəsi dəyərində cərimə tətbiq edilib.

"Qalatasaray" rəsmiləri isə azarkeşə qarşı tətbiq edilən bu cərimənin haqsız olduğunu bildiriblər.

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Kubokun dörddəbir final mərhələsində "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.