Rusiyalı hokkeyçi, "Vaşinqton Kepitals"ın kapitanı Aleksandr Oveçkin Milli Hokkey Liqasında (NHL) 894-cü qolunu vuraraq kanadalı hokkey ustası Ueyn Qretskinin rekordunu təkrarlayıb.
King.Az "Sport-express"ə istinadən xəbər verir ki, 39 yaşlı hokkeyçi bunu gecə baş tutan "Çikaqo" ilə görüşdə reallaşdırıb.
Qarşılaşmanı tribunadan izləyən Ueyn Qretski onun rekordunu təzələyən Aleksandr Oveçkini şəxsən təbrik edib.
Məlumat üçün əlavə edək ki, A.Oveçkin 2005-ci ildən "Vaşinqton Kepitals"ın formasını geyinir. O bu komandanın forması ilə 1 486 oyun keçirib.
Oxşar Mövzular
Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı
31-12-2024, 01:43
Trampın zarafatı Silvestr Stalloneni güldürdü
24-12-2025, 13:09