Argentinalı ulduz futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubu Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyununda məğlub olub.
King.Az xəbər verir ki, komanda səfərdə ABŞ-nin digər təmsilçisi "Los-Anceles"ə uduzub.
Qarşılaşma meydan sahiblərinin minimalhesablı qalibiyyəti ilə bitib, yeganə qolu isə 57-ci dəqiqədə Neytan Ordas vurub.
"İnter Mayami"nin aparıcı oyunçuları Lionel Messi, Luis Suares və Xordi Alba matça start heyətdə başlayıblar və sonadək meydanda olublar.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması aprelin 9-dan 10-na keçən gecə keçiriləcək.
Oxşar Mövzular
İngiltərənin dünya çempionu olması Tuxelə milyonlar
20-10-2024, 18:51Günəşdəki partlayışın heyrətamiz FOTOSU
26-04-2025, 14:11HƏMAS Qəzzada atəşkəs təklifi ilə razılaşıb
30-03-2025, 18:19