Cümə axşamı
Apr 03

Joze Mourinyo ən azı üç oyunluq cəzalandırılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Portuqaliyalı mütəxəssis ötən gecə Türkiyə Kubokunun yarımfinalında "Fənərbağça" - "Qalatasaray" matçından sonra rəqib komandanın baş məşqçisi Okan Buruka qarşı qeyri-etik hərəkət edib.

King.Az "SporX"ə istinadən xəbər verir ki, Joze Mourinyonun bu hərəkəti təcrübəli çalışdırıcının minimum üç, maksimum isə 10 oyunluq cəzalandırılmasına səbəb ola bilər.

Belə ki, Joze Mourinyo 10 oyunluq cəza alacağı təqdirdə 90 gün yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.