2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa seçmə mərhələsində daha altı oyun baş tutub.
King.Az xəbər verir ki, Moldova millisi ev matçında ikinci hissəni azlıqda keçirən Estoniyaya uduzub. 2 qol vuran moldovanlar qapılarından 3 top çıxarıblar - 2:3.
Qazaxıstan yığması səfərdə Lixtenşteyni məğlub edib. Azərbaycanlı baş məşqçi Əli Əliyevin rəhbərlik etdiyi komanda rəqibin qapısından 2 cavabsız top keçirib - 0:2.
Çexiya millisi daha bir cırtdan dövlətin təmsilçisi - Cəbəllüttariq yığmasının qonağı olub və gözlənildiyi kimi asan qələbə qazanıb - 0:4.
İsrail millisi doğma meydanda Norveçə təslim olub. Skandinavlar 3 xalı 4 qolla qazanıblar - 2:4.
Monteneqro son anda Farer Adalarını minimal hesabla məğlub edib - 1:0.
Şimali Makedoniya isə Uelslə bacarmayıb - 1:1. Maraqlıdır ki, hər iki qarşılaşmada qollar əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulub.
Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları iyunun 6-da keçiriləcək.

Oxşar Mövzular

Gəncədə dərmandan zəhərlənən gənc oğlanın VƏZİYYƏTİ AÇIQLANDI
2-05-2025, 15:16
"Formula-1": Azərbaycan Qran-prisinin qalibi Çində də birinci oldu
23-03-2025, 20:41