ABŞ-li UFC çempionu Keyn Velaskes Santa-Klara məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.
King.Az sport-express.net-ə istinadən xəbər verir ki, hökm 2022-ci ildə baş verən bir hadisədə 42 yaşlı idmançının adam öldürməyə cəhd və odlu silahdan qanunsuz istifadə etdiyinə görə çıxarılıb.
Daha əvvəl prokurorluq tərəfindən idmançının ən azı 30 il və ya ömürlük həbsi tələb olunmuşdu.
Qeyd edək ki, 2022-ci ilin fevralında K.Velaskes oğluna cinsi təcavüz etməsindən şübhələndiyi şəxsin avtomobilinə atəş açdıqdan sonra həbs olunmuşdu. Atışma nəticəsində bir nəfər yaralanmışdı.

Oxşar Mövzular

"Real Madrid" niderlandlı müdafiəçi üçün təklif hazırlayıb
22-12-2024, 17:34
"Arsenal" tarixi rekorda imza atdı
22-12-2024, 13:40
Tramp: "Zelenski razılaşmaya hazır olmalıdır"
17-12-2024, 13:47