Çərşənbə axşamı
Mar 25

Dris Mertensə "Qalatasaray"da qalması üçün üç vəzifə təklif edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Qalatasaray" klubunun rəhbərləri belçikalı ulduz Dris Mertensə komandada qalması üçün üç vəzifə təklif ediblər.

King.Az "Fotomac"a istinadən xəbər verir ki, təcrübəli futbolçu klubda qalacağı təqdirdə üç vəzifədən birini seçməli olacaq.

Belə ki, Dris Mertensə köməkçi məşqçi, transfer komitəsinin rəhbəri və "Qalatasaray" adına futbol akademiyaları yaradıb onlara rəhbərlik etmək vəzifələri təklif olunub.

Qeyd edək ki, Dris Mertens bunla bağlı klub rəsmilərinə hələ heç bir cavab verməyib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.