0
Bazar
Mar 23

Ronaldu Portuqaliya millisində çıxışı barədə danışdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Portuqaliya milli futbol komandasının kapitanı Kriştianu Ronaldu Millətlər Liqasının 1/4 final mərhələsində Danimarka ilə oyundan əvvəl yığmanın rənglərini ömrünün sonuna qədər qoruyacağını bildirib.

King.Az xəbər verir ki, bu barədə "Sic Noticias" agentliyi məlumat yayıb.

"Mən həmişə olduğu kimi Portuqaliya rənglərini ömrümün sonuna qədər qoruyacağam. Buna görə də, əgər növbəti oyunda qol vurmasam, amma komandam qalib gəlsə, evimə xoşbəxt qayıdacağam. Bilirəm ki, bu futboldur, bu mənim həyatımdır", - Ronaldu deyib.

Xatırladaq ki, Portuqaliya 23 mart tarixində Danimarka ilə Millətlər Liqasının 1/4 final mərhələsinin cavab oyununu evdə keçirəcək. İlk oyun Danimarkanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.