Bu gün Azərbaycanın ən qədim peşəkar futbol klubu "Neftçi"nin yarandığı gündür.
King.Az xəbər verir ki, Bakı klubunun 88 yaşı tamam olur.
"Ağ-qaralar" 1937-ci il martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb. 1966-cı ildə SSRİ çempionatlarında ən yaxşı nəticəsinə imza atan komanda bürünc medallara sahib çıxıb. İki il sonra öz milli adına qovuşan paytaxt təmsilçisi "Neftçi" adlanmağa başlayıb.
Müstəqillik illərində "Neftçi" doqquz dəfə Azərbaycan çempionu olub. Altı dəfə ölkə kubokunun, iki dəfə Superkubokunun qalibi olub.
"Neftçi" avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixi nəticənin müəllifidir. "Ağ-qaralar" 2012/13 mövsümündə Avropa Liqasının əsas mərhələsinə adlamağı bacarıb.

Oxşar Mövzular
"Microsoft" şirkəti "Windows 11"də yaşıl "ölüm ekranı" tətbiq edir
1-04-2025, 13:07Finlandiyada ayı istilası: Mübarizə ilə bağlı çağırış edildi
27-05-2025, 11:57