Cümə
Mar 07

Dris Mertens karyerasını başa vurmaq qərarına gəlib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Qalatasaray" klubunun ulduz futbolçusu Dris Mertens karyerasını başa vurmaq istədiyi barədə rəhbərliyə məlumat verib.

King.Az "SporX"ə istinadən xəbər verir ki, belçikalı mövsüm sonunda "Qalatasaray" klubu ilə müqavilə müddətini uzatmayacaq və karyerasını başa vuracaq.

"Sarı-qırmızlar"ın rəhbərliyi isə Dris Mertensin klubun idarə heyətində qalmasını istədiklərini bildiriblər.

Qeyd edək ki, karyerasına "Anderlext"də başlayan Mertens, daha sonra "Gent", PSV və "Napoli"də forma geyinib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.