Çərşənbə
Mar 05

"Qalatasaray"ın çempionluq şansı azaldı - Türkiyə Superliqasının qalibi kim olacaq?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Euro Club Index"də "Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək yarışın qalibi üçün proqnozlar yenilənib.

King.Az "SporX"ə istinadən xəbər verir ki, "Qalatasaray"ın "Kasımpaşa" ilə heç-heçə etdiyi, "Fənərbağça"nın isə "Antalyaspor"a qalib gəldiyi matçdan sonra fərq dördə enərkən, çempionluq proqnozları verilməyə başladı.

Ötən həftə şansları 22.8 faiz olaraq göstərilən "Fənərbağça"nın çempionluq ehtimalı, son matçdan sonra 33.3 faizə yüksəlib.

"Qalatasaray"ın çempionluq ehtimalı isə 77.2 faizdən 66.6-ya enib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.