Çərşənbə
Mar 05

"Real Madrid" klubu 21 yaşlı ingiltərəli yarımmüdafiəçini transfer etmək istəyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Kristal Pelas"ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya nəhəngi "Real Madrid"də davam etdirə bilər.

King.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, gənc oyunçu ilə "Real Madrid" maraqlanır. Mənbə Madrid təmsilçisinin baş skautu Yuni Kalafatın Adamın performansını çox bəyəndiyini və "Kral klubu"nun sözügedən futbolçunu diqqətdə saxladığını vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Uorton bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" İngiltərənin əsas millisində bir oyuna çıxmış yarımmüdafiəçinin transfer qiymətini 32 milyon avro dəyərləndirir. Adamın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.