Çərşənbə axşamı
Fev 25

Cek Qriliş "Mançester Siti"dən ayrılır: Maaşının xeyli azalmasına da razıdır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Mançester Siti"nin futbolçusu Cek Qriliş klubunu dəyişə bilər.

King.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin menecerləri onu "Nyukasl Yunayted"ə təklif ediblər.

"Şəhərlilər"in bu keçid üçün az məbləğ istəyəcəyi də gözlənilir. Futbolçunun maaşının xeyli azalmasına da razı olacağı bildirilir.

"Nyukasl Yunayted"dən başqa Qrilişlə "Aston Villa", İtaliyanın "İnter" və Almaniyanın "Bavariya" klubları da maraqlanırlar.

Qeyd edək ki, onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Qriliş cari mövsüm 24 matçda iki qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.