0
Cümə
Fev 21

Millimiz üçüncü yer uğrunda Özbəkistan seçməsi ilə qarşılaşacaq

HASANLY
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İnkişaf Kuboku turnirində üçüncü yer uğrunda oyuna çıxacaq.

King.Az xəbər verir ki, İlham Yadullayevin komandası Özbəkistan millisi ilə qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə təşkil edilən turnirin üçüncülük matçı Bakı vaxtı ilə saat 15:40-da başlayacaq.

Həm Azərbaycan, həm də Özbəkistan millisi B qrupunu 6 xalla ikinci yerdə tamamlayıb.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.