Çərşənbə
Fev 19

Santyaqo Ximenes UEFA Çempionlar Liqasında ilkə imza atıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Milan"ın hücumçusu Santyaqo Ximenes UEFA Çempionlar Liqasında mövsüm ərzində həm komandanın heyətində, həm də həmin komandanın qapısına qol vuran ilk futbolçu olub.

King.Az xəbər verir ki, mövsümə "Feyenord"da başlayan meksikalı bu klubun heyətində Çempionlar Liqasında 5 qol vurub.

Qış transfer pəncərəsində "Milan"a keçən 23 yaşlı forvard turnirin pley-off mərhələsinin cavab matçında (1:1) keçmiş komandasının qapısından top keçirib.

Qeyd edək ki, Ximenes "Milan"ın heyətində keçirdiyi 5 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.