Çərşənbə axşamı
Fev 18

Konor Makqreqor yalın əllə döyüşməyə hazırlaşır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UFC-nin (Mütləq Döyüş Çempionatı) sabiq çempionu Konor Makqreqor yenidən gündəmə gəlib.

King.Az xəbər verir ki, irlandiyalı idmançı "Bare Knuckle FC" liqasında yalın əllə döyüşməyə hazırlaşır.

O, bu barədə İtaliyada keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, 36 yaşlı irlandiyalı 2021-ci ildən bəri UFC-də döyüşməyib.

O, son döyüşündə ayağı zədələndiyindən Dastin Poryeyə texniki nokautla uduzmuşdu.

Konor keçirdiyi görüşlərin 22-də qələbə qazanıb, altısında məğlubiyyətlə barışıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.