0
Cümə
Fev 07

Tarixin ən yaxşı futbolçularının siyahısı açıqlanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Böyük Britaniyanın məşhur "FourFourTwo" nəşri tarixin 100 ən yaxşı futbolçusunun reytinqini tərtib edib.

King.Az xəbər verir ki, bu barədə "Championat" məlumat verib.

Siyahıda birinci yeri "Barselona"nın keçmiş hücumçusu Lionel Messi tutur. İkinci yerdə Braziliya millisinin sabiq futbolçusu Pele qərarlaşıb. İlk üçlüyü Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona tamamlayıb.

"FourFourTwo"ya görə futbol tarixinin ən yaxşı 10 oyunçusu:

1. Lionel Messi (Argentina);

2. Pele (Braziliya);

3. Dieqo Maradona (Argentina);

4. Kriştianu Ronaldu (Portuqaliya);

5. Yohan Kruiff (Niderland);

6. Ronaldo (Braziliya);

7. Zinəddin Zidan (Fransa);

8. Frans Bekkenbauer (Almaniya);

9. Alfredo Di Stefano (İspaniya);

10. Marko van Basten (Niderland).
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.